ATMU-da akademik heyətin işə qəbul elanı

10:59 05.08.2020
Azərbaycan Turizm və Menecment Universiteti 2020/2021-ci tədris ili üçün Turizm və Qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.
 
Müsabiqədə iştirak etmək istəyən namizədlər müvafiq formaları aşağıdakı keçidlərdən əldə edə bilərlər:
 
Fənn blokları - https://bit.ly/2EyRshE
Müraciət forması- https://bit.ly/3fcqI3c
Silabus forması - https://bit.ly/2Pb790C
 
Namizədlərdən tələb olunan sənədləri career@atmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 20 avqust 2020-ci ildir.
 
Namizədlərin hər hansı sualı yaranarsa, (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya career@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.