Aqroturizmin təşviqi məqsədilə təlimçilər üçün təlim təşkil olunub

Aqroturizmin təşviqi məqsədilə təlimçilər üçün təlim təşkil olunub

10:34 18.07.2022
Dövlət Turizm Agentliyininin təşkilatçılığı ilə aqroturizm imkanlarının inkişaf etdirilməsi, aqroturizm üzrə məhsul və xidmətlərin çeşid və sayının artırılmasına dəstək verilməsi məqsədilə təlimçilər üçün təlim təşkil olunub.
 
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” keçirilən təlim beynəlxalq və yerli ekspertlərin iştirakı ilə hazırlanmış 5 modullu təlim materialları əsasında təşkil olunub.
 
Təlimdə ölkənin beş regionundan dövlət, özəl, təhsil müəssisələri və qeyri-hökümət təşkilatlarını təmsil edən 15 nəfər iştirak edib.

Turizm sahəsində biznes üzrə məsləhətçi xidmətlərinin inkişafına töhfə verəcək təlim DTA və BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi ilə əməkdaşlıq çərçivəsində baş tutub.
 
Qeyd edək ki, aqroturizmin inkişafı “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş öhdəliklər sırasındadır.