"Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda "Art Festival" keçiriləcək

06:21 21.05.2019

“Atashgah Art Centre”-in təşkilatçılığı ilə 18 may saat 11:00-da “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda "Art Festival" keçiriləcək.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilən festivalda qədim xalq-sənət növləri - xalçaçılıq, dulusçuluq, armudu stəkanların üzərində milli ornamentlərin çəkilişi nümayiş olunacaq.  

Həmçinin festivalın stendlərində gənc rəssamların yağlı boya ilə çəkilmiş rəsm əsərləri sərgilənəcək. Tədbirin məqsədi xalq sənətini turistlərə tanıtmaq və sənətkarlığın inkişafına dəstək göstərməkdir.

Festivalda yerli sənətkarların əl işlərindən ibarət xalq sənət yarmarkası da təşkil olunacaq. 

"Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçiriləcək tədbir saat 17:00-a qədər davam edəcək.

 

<img