Bakı siqarsevərləri bir araya gətirdi

18:20 13.09.2019
Sentyabırın 13-də Bakıda ilk “Bakı Beynəlxalq Siqar Festivalı” start götürüb.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən festivala MDB və Avropanın bir sıra ölkələrindən 100-ə yaxın siqarsevər qatılıb.
 
Bakı Siqar Klubunun təşkilatçılığı ilə baş tutan festival 3 gün davam edəcək. Festival müddətində iştirakçılar üçün biri-birindən maraqlı və əyləncəli proqramlar keçiriləcək.
 
Eyni zamanda, festival çərçivəsində qonaqların Bakı haqqında ətraflı məlumatlandırılması məqsədilə paytaxtın tarixi-mədəni, gəzməli-görməli yerlərinə səfərlər təşkil olunacaq.
 
Qonaqlara, həmçinin Azərbaycanın milli mətbəxi, insanların qonaqpərvərliyi haqda geniş informasiya verilib.
Xatırladaq ki, Bakı Siqar Klubu ötən il Avropanın ən yaxşı klubu elan edilib.