DTA əməkdaşlarına “İnsanın etik səciyyəsi: nəzəriyyə və praktika” mövzusunda təlim keçirilib

17:00 26.05.2023
Mayın 26-da Dövlət Turizm Agentliyinin əməkdaşlarına “İnsanın etik səciyyəsi: nəzəriyyə və praktika” mövzusunda təlim keçirilib.

Təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadə təqdimatla çıxış edib.

Təqdimatda iştirakçılara etika, əxlaqın mənşəyi, mahiyyəti və onun funksiyaları, əxlaqla hüququn fərqli və oxşar cəhətləri, din və əxlaq, əsas etik kateqoriyalar, fəlsəfi-etik sistemlər və digər mövzular haqqında ətraflı məlumat verilib.

Təlim çərçivəsində iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılıb.