DTA-nın tabe qurumlarının əməkdaşlarına korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

17:40 12.05.2023
Mayın 12-də Dövlət Turizm Agentliyi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Agentliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları üçün onlayn təlim keçirilib.

“Korrupsiya qarşı mübarizə” mövzusunu əhatə edən təlimdə Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən 14 qurumun əməkdaşları iştirak ediblər.

Təlim çərçivəsində korrupsiya qarşı mübarizə istiqamətində beynəlxalq və yerli səviyyədə görülən tədbirlər, korrupsiya hüquqpozmalarının növləri və mənfi nəticələri, habelə korrupsiya risklərinin idarə edilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra mövzulara toxunulub.

Təlimdə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.