Naftalanda təlimi başa vuran turizm sektoru nümayəndələrinə sertifikatlar verilib

Naftalanda təlimi başa vuran turizm sektoru nümayəndələrinə sertifikatlar verilib

22:44 02.07.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun Naftalan şəhəri üzrə “Qonaqların qəbulu şöbəsi” mövzusunda təşkil etdiyi onlayn təlimi müvəffəqiyyətlə başa vuran 12 iştirakçı təltif olunub.
 
Onlara Gəncə Destinasiya Menecmenti Təşkilatı tərəfindən Turizm Təlim və Sertifikasiya Mərkəzinin sertifikatları təqdim edilib.
 
Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş təlimdə ümumilikdə şəhərdə fəaliyyət göstərən 10 sanatoriyanı təmsil edən 27 nümayəndə iştirak edib.
 
3 gün davam edən təlim ərzində onlara qonaqların düzgün formada qəbulu, qarşılanma, qeydiyyat və digər xidmətlər barədə ətraflı məlumat verilib.
 
Qeyd edək ki, Gəncə-Qazax iqtisadi rayonunda turizm sənayesi üzvlərinin ehtiyaclarına və pandemiya qaydalarına uyğun olaraq onlayn və canlı təlimlərin mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.