“REAL Vətən” diqqətləri Qəbələnin turizm imkanlarına yönəltdi

11:08 22.08.2020
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Qəbələ rayonundan bəhs olunub.

Qəbələ buraxılışında rayonun tarixi, zəngin təbiəti, mədəniyyəti, mətbəxi, Bum, Həzrə, Nic, Laza kimi kəndlərin etnoqrafiyası və turizm potensialı, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi və digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Layihə çərçivəsində növbəti veriliş isə Qusar rayonuna həsr olunacaq.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Qəbələ buraxılışının videosunu təqdim edirik: