“REAL Vətən” Lerikin turizm imkanlarını təqdim etdi

14:50 17.02.2022

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etdirmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Lerik rayonundan bəhs olunub.

Lerik buraxılışında rayonun tarixi, ekoturizm potensialı, özünəxas milli mətbəxi, memarlıq abidələri Mistan kəndi, Kələxan kəndi, Büzeyir kəndi, Qələbin kəndi, Çayrud kəndi, Cəngəmiran kəndi, Sivəkəran şəlaləsi, Bibioni şəlaləsi, Aşağı Qələbin şəlaləsi, Büzeyir mağaraları, Qaladağ, Zuvand Dövlət Yasaqlığı, Dəlikdaş və digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat təqdim olunub.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Lerik buraxılışının videosunu təqdim edirik: