Rusiya turoperatorlarına Azərbaycanın turizm imkanları tanıdılıb

16:51 05.12.2019
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə  Rusiyadan olan turoperatorların Azərbaycana tanışlıq səfəri təşkil olunub.
 
Səfərin təşkilində məqsəd Azərbaycanın turizm potensialını tanıtmaq, paytaxtın, eləcə də bölgələrin turizm imkanlarını təbliğ edərək ölkəyə gələn turistlərin sayını artırmaqdır.
 
5 dekabrda Moskva və Sankt-Peterburq şəhərlərini təmsil edən 10 turizm şirkətinin nümayəndələri ilə 65-dən çox yerli turoperator arasında B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib.
 
Görüş çərçivəsində ikitərəfli müzakirələr aparılıb və gələcək əməkdaşlıq imkanları qiymətləndirilib.
 
Qonaqların Azərbaycanın əsas turizm infrastrukturu, tarixi məkanları, milli mətbəxi, yerli adət-ənənələri, hotelləri, turistlərə təklif olunan xidmətlər barədə məlumatlandırılması məqsədilə Naftalan, Qəbələ və Şamaxı şəhərlərinə səfərlər təşkil edilib.
 
Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr dövründə Azərbaycana səfər edən rusiyalı vətəndaşların sayı 866556 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 6% artım deməkdir.