“Travel Business Azerbaijan Online” tədbirinə qeydiyyatdan keçməyə tələsin

11:00 27.08.2020
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə oktyabrın 14-də “Travel Business Azerbaijan Online” tədbiri keçiriləcək.
 
Azərbaycanın turizm və qonaqpərvərlik sənayesini təmsil edən nümayəndələri onlayn tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edirik.
 
Qeydiyyat üçün son tarix oktyabrın 5-dir. İştirakı ödənişsiz olan tədbir dünyanın bir necə ölkəsini əhatə etməsi səbəbilə Bakı vaxtı ilə saat 05:00-dan 21:00-a qədər davam edəcək.
 
Tədbirdə Avropa və Körfəz ölkələri, Rusiya və MDB ölkələri, Çin və Cənub-Şərqi Asiya, eləcə də Hindistan və Cənubi Asiya ölkələrindən 300-ə qədər xarici iştirakçının qatılacağı gözlənilir.
 
Onlayn tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytından əldə etmək mümkündür.