Turizm Günü çərçivəsində tələbələr üçün iş yarmarkası təşkil edilib

18:37 27.09.2019

Sentyabrın 27-də Ümumdünya Turizm Günü ilə əlaqədar “Turizm sektorunda karyera perspektivləri” adlı tədbir keçirilib.
 
Diskussiya formatında baş tutan tədbirdə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və BMT-nin İnkişaf Proqramının nümayəndələri təmsil olunublar.
 
Onlar elektron turizm, regional turizmin inkişaf perspektivləri, turizm təhsili və kadr potensialı kimi mövzuları əhat edən sualları cavablandırıblar və mövzular ətrafında müzakirələr aparıblar.
 
Tədbirdə turizm sektorunu təmsil edən şirkət nümayəndələri ilə yanaşı, turizm ixtisaslarının tədris edildiyi universitetlərin müəllim və tələbə heyəti, eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetinin məzunları da iştirak ediblər.
 
Tədbir çərçivəsində 10 hotel və 6 turizm şirkətininin insan resurları üzrə nümayəndələri universitet tələbələri üçün iş yarmarkası təşkil ediblər.
 
Məzunlar və tələbələr insan resurları nümayəndələrinə onları maraqlandıran sualları ünvanlayıblar və uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.