Ölkələrarası əlaqələr

Turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanılıb. Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 27-i hökumətlərarası olmaqla 31 Saziş, 12 Anlaşma Memorandumu, 2020-2022-ci illər üçün turizm sahəsi üzrə 2 Əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanılıb.

Dövlət Turizm Agentliyi hazırda bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Sözügedən təşkilatlardan Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər təşkilatlarla turizm sahəsində əməkdaşlıq aparılır.

Ölkələrarası əlaqələr

Turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanmışdır. Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 23-ü hökumətlərarası olmaqla 28 Saziş, 10 Anlaşma Memorandumu, 2 protokol imzalanmışdır. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunmuş, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilmiş, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanmışdır. Agentliyin turizm strategiyasına uyğun olaraq 2018-ci ilin sonlarında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlamışdır. Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada açılmış nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərirlər. Rəsmi turizm nümayəndəliklərinin ölkəmizə aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət etməsi nəzərdə tutulmuşdur.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT)

Turizm sahəsində aparıcı beynəlxalq təşkilat olmaqla yanaşı, bu sahədə iqtisadi artım, inkluziv inkişaf və ekoloji davamlılığı təmin edən və turizm təbliğatına cavabdeh təşkilatdır. Dövlət Turizm Agentliyinin nümayəndələri təşkilat tərəfindən keçirilən beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 109-cu sessiyasında çıxış edərək növbəti iclasın Bakı şəhərində keçiriləcəyini xatırladıb

2019-cu ilin 17-18 iyununda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına Bakı ev sahibliyi edib

2021-ci ilin 18-19 yanvar tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 113-cü sessiyasında ölkəmizi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib

2021-ci ilin 30 noyabr – 3 dekabr tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçirilmiş Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 24-cü sessiyasında Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyev iştirak edib

Türk Dövlətləri Təşkilatı

Türkdilli dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, regionda və üzv dövlətlərdə İpək Yolunun tarixi və mədəni əhəmiyyətinə dair məlumatlılığın artırılması işlərini aparan təşkilatdır.

2018-ci ilin 7 avqust tarixində Qazaxıstanın Astana şəhərində Dövlət Turizm Agentliyi nümayəndələri “Turizm üzrə işçi qrupunun 13-cü iclası”nda iştirak ediblər

2021-ci ilin 23-24 iyun tarixlərində Özbəkistanın Kokand şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) turizm nazirlərinin 6-cı iclasında Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyev iştirak edib

2022-ci ilin 23-24 may tarixlərində Türk Dövlətləri Təşkilatının Turizm Nazirlərinin 7-ci və Turizm üzrə işçi qrupunun 17-ci iclasları Şamaxı şəhərində keçirilib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT)

2019-cu ilin 13 fevral tarixində Türkiyə Respublikasının Ankara şəhərində keçirilmiş İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin Turizm üzrə İşçi Qrupunun 13-cü iclasında Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edib.

2020-ci ilin noyabrın 26-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) onlayn keçirilən 36-cı sessiyasında çıxış edib

2022-ci ilin 26-29 iyun tarixlərində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı Bakı şəhərində keçirilib

Bundan əlavə, Dövlət Turizm Agentliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı (GUAM) arasında birgə fəaliyyət çərçivəsində turizm sahəsinə regional inkişafın əsas istiqamətlərini müəyyən etmək, eləcə də ikitərəfli və çoxtərəfli turizm əlaqələrini inkişaf etdirmək məqsədilə əməkdaşlıq əlaqələri mövcuddur.